"Qəbələ" tək məşqlə kifayətləndi

11:30 3 Fevral 2018

“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 13-cü gününü başa vurub.

 

Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçirilən məşq prosesi meydançada baş tutub. Günün ikinci yarısına təsadüf edən hazırlıqda futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.


Digər xəbərlər

Xəbər xətti