"Sumqayıt" darmadağın oldu - YENİLƏNİB

18:02 3 Fevral 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün qonşu ölkədə sonuncu yoxlama oyununa çıxıb. 

 

Sportarena.az xəbər verir ki, “kimyaçılar” Serbiya təmsilçisi “Mladost”la qarşılıb. Təmsilçimiz böyük hesablı məğlubiyyətə üzülüb - 0:4.

 

Bu, “Sumqayıt”ın Antalya toplanışı çərçivəsində 4-cü yoxlama oyunu olacaq. “Kimyaçılar” ilk üç görüşdə “Konkordiya” (Rumıniya - 0:1) və “Anji”yə (Rusiya - 0:1) uduzub, “Akademiya Pandev”lə (Makedoniya - 1:1) isə bərabərə qalıb.

 

Yoxlama oyunu

3 fevral

16:00 Sumqayıt (Azərbaycan) - Mladost (Luçani, Serbiya) 0:4

Türkiyə, Antalya

Sumqayıt: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Vüqar Bəybalayev, Amil Yunanov, Cavid İmamverdiyev, Bəhlul Mustafazadə, Tural Axundov, Azər Salahlı, Rəşad Eyyubov, Ülvi İsgəndərov


Digər xəbərlər

Xəbər xətti