"Ulduz" Çempionlar Liqasında çıxışını başa vurdu

17:41 3 Fevral 2018

İspaniyanın Alkalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunmuş futzal üzrə Çempionlar Liqası turnirində Azərbaycan çemionatının qalibi "Ulduz" növbəti oyunlarını keçirib.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz 5-ci yer uğrunda oyunda Norveçin “Oslo Doves Sport” komandasına 0:1, 7-ci yer uğrunda keçirilən qarşılaşmada isə İtaliyanın “Torino” kollektivinə 1:10 hesabı ilə məğlub olub.

 

Yekunda təmsilçimiz yarışı 8-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti