Ramin Musayevin oyun alqı-satqısında şübhələndiyi klublar hansılardı?

18:37 3 Fevral 2018

Dünən Antalyada jurnalistlər üçün mətbuat konfransı keçirən PFL prezidenti Ramin Musayev bəzi klubların oyun alqı-satqısında iştirakından şübhələndiklərini və onların izinə düşdüklərini açıqladı.

 

Sportarena.az xəbər verir ki, Musayev konkret ad çəkməsə də artıq onların adları mətbuata sızıb.

 

Belə ki, sportinfo.az saytı "Turan Tovuz", MOİK və "Binə"nin bu tip oyunlarda şübhəli bilindiyini yazıb. Sözügedən klubların rəhbər şəxsləri barədə məlumatlar hələ 2-3 ay öncə mediaya sızmağa başlayıb və görünür bunlar heç də təsadüfi deyilmiş, hansısa çərçivədə reallığa söykənir.


Xəbər xətti