Tarık Elyunussi "Qarabağ"dan niyə ayrılıb? - AÇIQLAMA

14:27 4 Fevral 2018

Bir müddət əvvəl “Qarabağ”dan ayrılaraq İsveçin AİK klubuna keçən Tarık Elynussi bu ölkənin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, norveçli yarımmüdafiəçi açıqlamasında “Qarabağ”dan ayrılma səbəbindən də danışıb:

 

"Başqa kluba da keçə bilərdim. Ya da "Qarabağ"da qalıb, pulumu qazanardım. "Olimpiakos"a dönmək variantı da var idi. Amma karyera mənim üçün puldan daha vacibdi. "Olimpiakos"da hər şey yaxşı idi, çempion olduq, yaxşı oyunlar keçirdik. Yeni mövsümdən əvvəl isə zədələndim. Elə bu da mənim üçün mövsümü bitirdi. Eyni şey "Qarabağ"da da baş verdi. "Qarabağ"da hər şey ilk vaxtlar istədiyim kimi gedirdi. Ancaq sonra zədələndim və iki aylıq sıradan çıxdım. Zədələr orda uğurlu çıxışıma mane oldu".

 

Norveçli futbolçu bu mövsüm “Qarabağ”ın heyətində 8 oyunda iştirak etmişdi.


Digər xəbərlər

Xəbər xətti