La Liqa klubu baş məşqçisini qovdu

17:19 4 Fevral 2018

İspaniya La Liqa təmsilçisi “Deportivo” baş məşqçisi Kristobal Parralo ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Parralonun istefaya göndərilməsinə səbəb komandanın son vaxtlar uğursuz çıxış etməsidi. La Korunya təmsilçisi 22 turdan sonra 18-ci pillədə qərarlaşıb. Klub La Liqanın son turunda səfərdə "Real Sosyedad"a 0:5 hesabıyla uduzub.

 

Parralo ötən ilin oktyabrından “Deportivo”nun “sükanı arxasında” idi.


Digər xəbərlər

Xəbər xətti