Rihanna "Arsenal"ın futbolçuları ilə görüşdü - FOTOLAR

17:43 4 Fevral 2018

Dünya şöhrətli müğənni Rihanna Premyer Liqanın 26-cı turunda keçirilən “Arsenal” - “Everton” qarşılaşmasını stadiondan izləyib.

 

Sportarena.az xəbər verir ki, Rihanna “Arsenal”a azarkeşlik edib. Sevimli komandasının qələbə qazanması onun əhvalını xeyli yüksəldib. Rihanna qarşılaşmadan sonra bəzi futbolçularla şəkil də çəkdirib. O, Məsut Özillə də şəkil çəkdirib. Məsut müğənni ilə çəkilən şəkli “tvitter”də paylaşıb.

 

Qeyd edək ki, “Arsenal” “Everton”a 5:1 hesabı ilə qalib gəlib.



Digər xəbərlər

Xəbər xətti