“Qarabağ” Bakıya döndü

18:32 4 Fevral 2018

Yanvarın əvvəlindən Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Bakıya qayıdıb.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda az öncə vətənə çatıb. Ağdam təmsilçisi qısa istirahətdən sonra paytaxtda məşqlərini bərpa edəcək.

 

Qeyd edək ki, “Qarabağ” Antalyadakı hazırlıq prosesi çərçivəsində 6 yoxlama oyunu keçirib. Azərbaycan çempionu Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0), Çernoqoriyanın “Mladost” klubları ilə (1:1) heç-heçəyə razılaşıb, Ukrayna “Mariupol”u (2:3) ilə Bosniya və Hersoqovina “Sarayevo”suna (0:2) məğlub olub.


Xəbər xətti