Venansio: "Rəqibin də hesabı bərabərləşdirmək üçün şansları oldu”

10:27 5 Fevral 2018

Futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venansio Lopes Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, ispanların çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

 

“İlk oyundan sonra qrupda vəziyyət fərqli idi. Yer aldığımız mövqe bizi qələbə qazanmağa vadar edirdi. Rəqibimizə isə heç-heçə edə kifayət edəcəkdi ki, növbəti mərhələyə birinci pillənin sahibi kimi vəsiqə qazansın. Onları topsuz qoymağı tapşırmışdım. Çünki Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçular çoxdu. Çətin olsa da, bunu bacardıq. Rəqibin də hesabı bərabərləşdirmək üçün şansları oldu”.


Xəbər xətti