İspaniya futbolunda faciə - Yeniyetmə uşaq meydanda öldü

10:42 5 Fevral 2018

İspaniya futbolunda faciə baş verib.

 

Sportarena.az xəbər verir ki, “Alsir” klubunun 13-14 yaşlı futbolçulardan ibarət komandasının üzvü Naço Barbera oyun zamanı dünyasını dəyişib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Oyun zamanı ürəyi dayanan yeniyetmə futbolçunu xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

“Alsir” klubu 1946-cı ildən fəaliyyət göstərir. Baş vermiş faciə ilə əlaqədar klubun bütün komandalarının oyunu təxirə salınıb.


Xəbər xətti