"Qarabağ" onu heyətinə qatmayacaq - Transfer məbləğinə görə

14:16 5 Fevral 2018

“Qarabağ”ın xidmətində maraqlı olduğu deyilən Xama Billiatın Ağdam təmsilçisinə keçidi alınmayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Afrika mətbuatı yayıb. Xəbərdə hazırda müqavilə ilə “Mamelodi Sandounz”un üzvü olan futbolçunun “köhlən atlar”a keçidinin baş tutmamasına səbəb kimi CAR təmsilçisinin hücumçu üçün yüksək məbləğ tələb etməsi göstərilib. Məlumatda “Mamelodi Sandaunz”un 27 yaşlı futbolçunun keçidi üçün 2,5 milyon dollar tələb etdiyi, bu məbləğin isə “Qarabağ” tərəfindən çox yüksək dəyərləndirdiyi, buna görə, zimbabveli futbolçunun transferi fikrindən əl çəkdiyi qeyd edilib.

 

Xatırladaq ki, Zimbabve millisinin üzvü olan Billiatın “Mamelodi Sandounz”la müqavilə müddəti bu ilin yayında başa çatacaq.a


Xəbər xətti