Ronaldo operatora əsəbləşdi - VİDEO

16:56 5 Fevral 2018

“Real”ın hücumçusu Kriştiano Ronaldo yenə diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, İspaniya çempionatının “Levante” ilə səfər oyununun 80-ci dəqiqəsində əvəzlənən portuqaliyalı futbolçu əsəbini jurnalistlərdən çıxıb. Belə ki, əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında əyləşən Ronaldo, kameranın matçı yox, məhz onu çəkdiyini gördükdə, “məni yox, oyunu çək” sözlərini deyib.

 

Oyun isə 2:2 hesablı bərabərliklə nəticələnib.

 

 


Digər xəbərlər

Xəbər xətti