Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

18:04 5 Fevral 2018

Fevralın 20-dən 21-dək sərbəst və yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
 
Sportarena.az xəbər verir ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
 
Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarətdir. İlk mərhələdə Azərbaycan Güləş Federasiyasının regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilib.
 
Ümumilikdə, nümayəndəliklər üzrə Azərbaycan çempionatında iştiraka vəsiqə uğrunda keçirilən seçim yarışlarında mindən artıq yeniyetmə güləşçi mübarizə aparıb.
 
İkinci mərhələdə isə regionlararası seçim yarışlarının nəticələrinə əsasən, yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək. Çempionatda ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.


Xəbər xətti