"Xəzər Lənkəran" azarkeşindən Füzuli Məmmədova maraqlı hədiyyə - FOTO

18:46 5 Fevral 2018

Millimizin sabiq üzvü Füzuli Məmmədovun baş məşqçisi olduğu "Səbail"in U-17 komandası U-17 liqasının növbəti turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, vaxtılə formasını geyindiyi "Xəzər Lənkəran"ın bir azarkeşi gənc mütəxəssisə xoş sürpriz hazırlayıb. Belə ki, lənkəranlı fanat illər əvvəl Məmmədov tərəfindən ona verilən formanı sahibinə geri qaytarıb. Sabiq müdafiəçi bu hədiyyəni qəbul edib.

 

Qeyd edək ki, Füzuli Məmmədov 2004/09-ci illərdə "Xəzər Lənkəran"ın formasını geyinib.

 


Digər xəbərlər

Xəbər xətti