"Neftçi" "Sabah"a qalib gəldi

21:16 5 Fevral 2018

Türkiyə toplanışını başa vuraraq vətənə qayıdan “Neftçi” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı komanda birinci divizion təmsilçisi “Sabah”la qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutan qarşılaşma "ağ-qaralar"ın minimal hesablı qələbəsi ilə nəticələnib. Oyunda "Neftçi"nin yeganə qoluna penaltidən Emin Mahmudov imza atıb. O, matçın 73-cü dəqiqəsində Mirabdulla Abbasova qarşı kobudluğa görə təyin edilmiş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.


Xəbər xətti