"Barselona"nın müdafiəçisi sıradan çıxdı

22:08 5 Fevral 2018

"Barselona"nın müdafiəçisi Jerar Pike "Espanyol"la oyunda (1:1) zədələnib.

 

Sportarena.az xəbər verir ki, onun dizində ağrılar hiss etdiyi bildirilir. İlkin tibbi müayinə də Pikenin yüngül zədəsi olduğunu təsdiqləyib. Yaxın vaxtlarda 31 yaşlı futbolçu növbəti dəfə müayinə olunacaq və yekun qərar veriləcək.

 

Pikenin 2 həftə oynamayacağı gözlənilir.


Xəbər xətti