Millimizin potensial rəqibi müəyyənləşdi

10:58 6 Fevral 2018

Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatında ilk yarımfinalçı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Qazaxıstan yığması 1/4 finalda Serbiyaya 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Komanda yarımfinalda  Azərbaycan - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.



Qeyd edək ki, Azərbaycan - Portuqaliya görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti