Ronaldo doğum gününü belə qeyd etdi - FOTO

12:33 6 Fevral 2018

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo doğum gününü qeyd edib. 

 

Sportarena.az xəbər verir ki, fevralın 5-də ulduz futbolçunun 33 yaşı tamam olub.  Tvitterdə tortla fotosunu paylaşan Ronaldo onu təbrik edən pərəstişkarlarına minnətdarlıq edib.

 

Maraqlı məqam Ronaldonun ad gününü sadə şəkildə - ailəsi birgə evdə keçirməsidir. İspaniya mətbuatının iddiasına görə, o, komandasının son zamanlar uğursuz çıxış etməsini nəzərə alaraq, mərasim keçirmək istəməyib.


Digər xəbərlər

Xəbər xətti