Reytinq açıqlandı - Millimizin mövqeyi yenə dəyişmədi

16:17 6 Fevral 2018

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi əvvəlki kimi 10-cu pillədə yer alıb. Yığmamızın hesabında 1455 xal var. Joze Alesionunun yetirmələrinin bu gün Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələcəyi Portuqaliya millisi isə 6-cı sırada qərarlaşıb. Portuqalların 1608 xalı var.

 

Ümumiyyətlə, ilk “20”-likdə heç bir dəyişiklik olmayıb. Siyahıya Braziliya millisi (1935) başçılıq edir. “Sambaçılar”ı İspaniya (1859) və Rusiya (1715) yığmaları izləyir. 

 

İlk “onluq”:

1. Braziliya - 1933
2. İspaniya - 1859
3. Rusiya - 1703
4. Argentina - 1691
5. İran - 1634
6. Portuqaliya - 1600

7. İtaliya - 1552

8. Qazaxıstan - 1513
9. Ukrayna - 1506
10. Azərbaycan - 1454 


Digər xəbərlər

Xəbər xətti