UEFA "Real"ın şikayətini rədd etdi

17:11 6 Fevral 2018

UEFA İntizam Komitəsi "Real"ın müdafiəçisi Dani Karvahalın cəzasını ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib.
 
Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, ispan futbolçunun 1 oyunluq cəzası qüvvədə qalıb.
 
UEFA Karvahalın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda APOEL-ə qarşı matçda (6:0) qəsdən sarı vərəqə aldığı qənaətinə gəlib. Oyuna əlavə edilmiş vaxtda topu autdan meydana gec daxil edən oyunçu sarı vərəqə alaraq cəzalı duruma düşüb.
 
Nəticədə Karvahal 2 oyunluq cəzalandırılıb. O, 1 oyunluq cəzasını "Borussiya" ilə matçda çəkib. Daha 1 matçlıq cəzası qalan Daninin ÇL-in 1/8 finalında PSJ ilə ilk görüşü buraxacaq.


Digər xəbərlər

Xəbər xətti