Kontenin yerinə 3 namizəd

17:51 6 Fevral 2018

Son zamanlar qeyri-stabil çıxış edən "Çelsi"də baş məşqçi istefası reallaşa bilər.

 

Sportarena.az xəbər verir ki, Britaniya mətbuatının iddialarına görə, belə davam edəcəyi halda 2 həftədən sonra Antonio Konte ilə yollar ayrılacaq.

 

Artıq onun yerinə namizədlər də müəyyənləşdirilib. Bildirilir ki, Luis Enrike, Quus Hiddink və Massimiliano Alleqri "Çelsi"də baş məşqçi postuna əsas namizədlərdi.


"Zadəganlar" İngiltərə Premyer Liqasında 25 turdan sonra 50 xalla 4-cüdü. Komanda son iki oyunda "Bornmut"a (0:3) və "Uatford"a (1:4) böyük hesabla uduzub


Digər xəbərlər

Xəbər xətti