Araz Abdullayev bu gün oynamayacaq

11:15 7 Fevral 2018

Futbol üzrə Azərbaycan millisinin və Kiprin “Anortosis” klubunun yarımmüdafiəçisi Araz Abdullayevin zədədən əziyyət çəkdiyini xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu hələ də müalicə alır. Bu üzdən o, ölkə çempionatının bu gün keçiriləcək Nikosiya “Omoniya”sı ilə ev oyununu da buraxmalı olacaq. Bu barədə klubun rəsmi saytının yaydığı məlumatda bildirilir. Famaqusta təmsilçisinin Arazın durumuyla bağlı yaydığı məlumatda qeyd edilir ki, futbolçu zədəsini sağaldaraq fərdi çalışmalara başlayıb. Lakin Abdullayev kollektiv məşqlərdən kənarda qalıb. O, fərdi məşqlər etməklə, qaçışla və fitnessdə çalışmaqla kifayətlənir. Onun nə vaxt tam hazır olacağı bilinmir.

 

Xatırladaq ki, futbolçumuz ötən turda “Pafos”la səfər oyununda da komandasına kömək edə bilməmişdi.

 


Xəbər xətti