Hollandiya yığmasının yeni baş məşqçisinin adı müəyyənləşdi

11:47 7 Fevral 2018

Hollandiya yığmasının yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “narıncılar”ın “sükan”ı Ronald Kumana tapşırılıb. Bu barədə məlumatı Hollandiya Kral Futbol İttifaqı yayıb.Yığmanın sabiq futbolçusu ilə 4 illik müqavilə imzalanıb. O, DÇ-2022-nin sonuna qədər yığmada fəaliyyət göstərəcək.

 

Kumanın qarşısında qoyulan əsas tələb yığmanı AÇ-2020 və DÇ-2022-nin final mərhələsinə çıxartmaqdı.

 

Kuman futbolçu kimi Hollandiya yığmasının heyətində AÇ-1988-in qalibi olub.


Xəbər xətti