"Zirə" hücumçu transfer etdi

12:03 7 Fevral 2018

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. 

 

Sportarena.az xəbər verir ki, "qartallar" Trinidad və Tobaqo yığmasının üzvü Jomal Uilyamsla anlaşılıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. 23 yaşlı hücumçu cari mövsümün sonuna kimi “W Connection” klubundan icarəyə götürülüb.

 

Tərəflər arasında anlaşmaya əsasən futbolçu ilə icarə müqaviləsini artırmaq və ya birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdu. Jomal Uilyams "Zirə"də 29 nömrəli forma ilə çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti