“Kəpəz” 3 futbolçu ilə müqavilə bağladı

Sportarena.az      7 Fevral 2018, 15:56

“Kəpəz”in əvəzedici komandası qış fasiləsində heyətinə üç futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçilər Qaraxan Əliyev, Ayxan Əsədov və yarımmüdafiəçi Emin Zamanovla güclənib. Bu futbolçularla 1,5 illik müqavilə bağlanıb.

 

Hər üç oyunçu mövsümün ilk yarısında 1-ci divizion klublarında forma geyinib. Belə ki, Əliyev “Şüvəlan”da, Əsədovla Zamanov isə “Turan Tovuz”da çıxış edib.


Qaraxan Əliyev və Emin Zamanov ötən mövsümü “Kəpəz”in əvəzedici heyətində keçirərək bəzi oyunlarda əsas komandaya dəvət alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin