İspaniya məhkəməsi Aleksis Sançeslə bağlı qərar verdi - 16 aylıq həbs

16:17 7 Fevral 2018

"Mançester Yunayted"in futbolçusu Aleksis Sançez üçün həbs hökmü oxunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri yazıb. Bildirilir ki, Sançezə İspaniya Məhkəməsi tərəfindən hökm oxunub. O, imic müəllifliyi hüququnu pozduğuna görə 16 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Çilili futbolçu 2012/13 illər mövsümündə "Barselona"da oynadığı vaxt sözügedən qanunu pozub.

 

Lakin Sançezin vəkilləri cəzanın cərimə ilə ödənilməsinə nail olub. Sançesin cəriməsinin məbləği 1 milyon avroya yaxın olacaq.


Xəbər xətti