"Bavariya"da ciddi itki

20:18 7 Fevral 2018

“Bavariya” itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Almaniya kubokunun 1/4 finalında “Paderborn”u darmadağın edərək (6:0) yarımfinala yüksələn Münhen təmsilçisinin hücumçusu Tomas Müller matçın 32-ci dəqiqəsində zədələnərək Korentin Tolisso ilə əvəzlənib.

 

Komandanın baş məşqçisi Yupp Haynkes oyundan sonra açıqlamasında Müllerin vəziyyətinə yaxın günlərdə aydınlıq gələcəyini deyib.


Xəbər xətti