Eto ilə Nəsri getdi, "Antalyaspor" milyonlarla avro "qabağa düşdü"

22:57 7 Fevral 2018

Qış fasiləsində Samuel Eto və Samir Nəsri ilə yollarını ayıran "Antalyaspor"un 13 milyon avroya qənaət etdiyi ortaya çıxıb.

 

Sportarena.az xəbər verir ki, iki futbolçunun illik məvacibi birlikdə 10.5 milyon avro təşkil edirdi. Nəsri 6 ay çıxış etdiyi Antalya klubuna ciddi fayda verməsə də, şəxsi büdcəsinə 5 milyon avro əlavə edib. Eto isə rəhbərlikdən mövsümün ortasında yeni müqavilə tələb edib. O, "Beşiktaş"a qarşı oynamaqdan və stadionda komandanı dəstəkləməkdən imtina edib. Buna baxmayaraq, rəhbərlik kamerunlu forvarda 1 illik yeni müqavilə təklif edib.

 

"Bu klub aşağı dəstəyə düşəcək. Belə komandada oynamaq istəmirəm" - deyən Eto bu təklifi rədd edib. "Antalyaspor" rəsmilərini təəccübləndirən məqam turnir cədvəlində klubun qonşusu olan "Konyaspor"la anlaşması olub. Konya təmsilçisi ilə 2.5 illik müqavilə imzalayan Eto`o 2 milyon avro məvacib alacaq.


Digər xəbərlər

Xəbər xətti