Dünya kuboku Bakıya gətirilir

11:03 8 Fevral 2018

Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirilir.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb. Dünya kuboku sabah səhər saatlarında, xüsusi təyyarə ilə paytaxtımıza gətiriləcək. Kubok burda azarkeşlərə nümayiş etdiriləcək.

 

Xatırladaq ki, dünya çempionatının kubokunun turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və 9 ay ərzində 126 000 km keçərək yolunu futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.


Digər xəbərlər

Xəbər xətti