Millimiz daha bir oyun keçirəcək - Bu dəfə Bakıda

12:04 8 Fevral 2018

AFFA Azərbaycan millisinə yoxlama oyunu keçirmək üçün daha bir rəqib tapıb.

 

Sportarena.az xəbər verir ki, yığmamız gələn ay Belarus millisi ilə üz-üzə gələcək. Oyun martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

 

Millimiz martın 27-də Antalyada Makedoniya yığması ilə də yoxlama matçında qüvvəsini sınayacaq. İyunun 9-da isə səfərdə Latviya millisi ilə yoldaşlıq görüşü nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti