"Qarabağ"dan Böyükağa Hacıyevlə bağlı paylaşım - FOTO

15:34 8 Fevral 2018

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, xəbər yayılan vaxtdan - dünəndən bəri futbol ictimaiyyəti Hacıyevin durumunu nəzarətdə saxlamağa çalışır. Heç kim onun səhhətinə biganə qala bilmir. "Qarabağ" klubu da Azərbaycan futbolunda öz dəsti-xətti olan mütəxəssislə bağlı "Facebook" səhifəsində paylaşım edib.

 

“Qarabağ” FK Böyükağa Hacıyeva Allahdan şəfa diləyir, tez sağalmasını və Azərbaycan futboluna yenidən xidmət göstərməsini arzulayır" deyə paylaşımda qeyd edilib.

 

 



Xəbər xətti