Yüksək Liqada fasilə başa çatır

16:38 8 Fevral 2018

Futzal üzrə Yüksək Liqada da dövrələrarası fasilə başa çatır. Belə ki, gələn həftə - fevralın 14-də üçüncü dövrənin oyunlarına start veriləcək.

 

Sportarena.az xəbər verir ki, qış fasiləsindən sonra ilk oyun “Neftçi” – “Yasamal” arasında keçiriləcək. Turun mərkəzi oyunu isə CBC Sport kanalında canlı yayımlanacaq. Söhbət “Araz” – EKOL oyununda gedir. Turun oyun cədvəlini diqqətinizə çatdırırıq:


“Neftçi” İK – “Yasamal” FK
14 fevral. Bakı İdman Sarayı. Saat 12:30

 

“Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30

 

“FK.İD.Futsal” – “Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00


Digər xəbərlər

Xəbər xətti