Qurbanov və Qriqorçukdan müraciət: "Onlar üçün darıxmışıq" - VİDEO

18:22 8 Fevral 2018

Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.

 

Sportarena.az xəbər verir ki, təxminən 2 aya yaxın qış fasiləsindən sonra çempionatın son 14 turu oynanılacaq. Klubların keçdiyi təlim-məşq toplanışının ardından ilk turda maraqlı qarşılaşma baş tutacaq. Belə ki, çempionluğa iddialı iki komanda “Qarabağ” və “Qəbələ” üz-üzə gələcək. 

 

Azərbaycan çempionatının qalibinin adına böyük ölçüdə aydınlıq gətirən matçdan öncə hər iki komandanın baş məşqçiləri - Qurban Qurbanov və Roman Qriqorçuk, eyni zamanda “Qəbələ”nin futbolçuları azarkeşləri stadiona dəvət ediblər. Ağdam təmsilçisinin baş məşqçisi oyunçularının adından “Qarabağ” azarkeşləri üçün darıxdığını və onları meydançada görmək istədiyini bildirib. 

 

“Qafqazinfo”nun klubların məşq toplanışından hazırladığı videomaterialı təqdim edirik:

 


Digər xəbərlər

Xəbər xətti