Salah "Bu gün "Real” haqda heç nə deyə bilmərəm"

18:41 8 Fevral 2018

"Liverpul”un misirli hücumçusu Mohamed Salah "Real”a keçəcəyi barədə yayılan informasiyalara aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, cari mövsümdə qırmızı futbolkada çıxdığı 34 oyunda 28 qol vuran forvard "Marka”ya danışıb:

 

"Gələcəkdə hər şey ola bilər. Amma bu gün "Real” haqda heç nə deyə bilmərəm. Hazırda "Liverpul”un futbolçusuyam və İngitərədə hər şey ürəyimcədi. Həm "Liverpul”, həm də yayda baş tutacaq dünya çempionatı haqda düşünürəm. "Real” haqda isə hələ fikirləşmirəm. Düzdü, Arada La Liqanın önəmli oyunlarına baxıram. Amma İspaniya futbolu ilə yaxından tanış deyiləm”.


Digər xəbərlər

Xəbər xətti