"Kəpəz"dən 2 transfer

20:38 8 Fevral 2018

“Kəpəz” qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıb.

 

Hər iki oyunçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək. Korotetskiy "Kəpəz"ə azad agent kimi keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.  


Digər xəbərlər

Xəbər xətti