"Sabah" transferlərə doymur

22:25 8 Fevral 2018

"Sabah" qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb. 

 

Sportarena.az xəbər verir ki, birinci divizion təmsilçisi Rusiyanın "Alaniya" klubunun yetirməsi Əziz Quliyevlə mövsümün sonuna kimi müqavilə imzalayıb.

 

Cari mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən sol cinah müdafiəçisi, "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) klublarında da forma geyinib. Vaxtilə U-21-in şərəfini qoruyan 30 yaşlı futbolçu,əsas milliyə də çağırılıb.


Digər xəbərlər

Xəbər xətti