"Binə"dən daha 3 transfer

12:06 9 Fevral 2018

Birinci Divizion təmsilçisi “Binə” heyətinə daha üç futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Seymur Abdullayev, Elmir Namazov və Kənan Məmmədovu sıralarına qatıb.

 

“Binə”nin öz yetirməsi olan Seymur Abdullayev 2014-2017-ci illərdə "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasında çıxış edib. Mövsümün ilk yarısını "Xəzər"in heyətində keçirən 21 yaşlı hücumçu Elmir Namazov da 2014-2017-ci illərdə isə "Qarabağ"ın əvəzedici heyətində oynayıb. Kənan Məmmədov isə mövsümün ilk yarısını "Zaqatala"nın heyətində keçirib. 21 yaşlı yarımmüdafiəçi daha öncə "Mil-Muğan", "Rəvan" və "Qəbələ"nin əvəzedici heyətində top qovub.

 

 

 


Digər xəbərlər

Xəbər xətti