Karambö: "Azərbaycan millisi son illərdə inkişaf edir"

Sportarena.az      9 Fevral 2018, 14:21

Dünya çempionatının kubokunun bu gün Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün Bakıya gətirildiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, dünya kubokunu Bakıya gətirən sabiq futbolçu Kristian Karambö bu gün mətbuat konfransında iştirak edib. Fransa millisinin keçmiş üzvü mətbuat konfransında bunları deyib:

 

"Bakı müasir şəhərdi. Azərbaycan millisi son illərdə inkişaf edir. İnanıram ki, gələcəkdə futbolçularınız böyük uğurlara imza atacaq. Mən dünya kubokunu Azərbaycana gətirdiyim üçün çox sevinirəm".

 

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib:

 

"Bu kubok ilk dəfədi Bakıya gəlir. Dünya kubokunu ancaq üç cür görmək mümkündü: ya gərək yığma komanda bu trofeyi qazansın, ya da ölkə dünya çempionatına ev sahibliyi etsin. Sonuncu isə bu kuboku dünya turu nəticəsində görməkdi”.

 

Dünya kuboku bu gün “Gənclik Mall” ticarət mərkəzində nümayiş etdiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin