"Zirə"də 4 itki

14:53 9 Fevral 2018

Topaz Premyer Liqasının 15-ci turunun maraqlı qarşılaşmalarından biri Zirədə keçirəcək. Bu oyunda “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, bu oyunda ayxan Abbasov iki əsas futbolçusunun xidmətindən məhrumdur. Belə ki, qol silahı Riçard Qadze və dayaq yarımmüdafiəçi Vüqar Mustafayev cəza səbəbindən matçı kənardan izləyəcək. "Qartallar"da zədə səbəbindən müdafiəçi Jozef Bumla qapıçı Anar Nəzirov da bu matçda oynamayacaq..

 

Sözügedən qarşılaşma fevralın 10-u, saat 16:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti