Dünya kuboku İlham Əliyevə təqdim olundu

15:31 9 Fevral 2018

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

 

Sportarena.az “Azərtac”a istinadən xəbər verir ki, fevralın 9-da kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. 

 

Kubok futbol üzrə dünya çempionatı kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.


Digər xəbərlər

Xəbər xətti