Azarkeşin bayrağı hakimə videotəkrara baxmağa mane oldu

18:45 9 Fevral 2018

Portuqaliya çempionatının XXI turunda keçirilən "Aveş" - "Boavişta" (3:0) matçında maraqlı hadisə yaşanıb. 
 
Sportarena.az xəbər verir ki, epizodların birində baş verən kuryoz hadisə hakimin videotəkrar sistemindən (VAR) istifadəsinə mane olub. İkinci hissədə "Aveş"in vurduğu 2-ci qol epizodunda oyundankənar vəziyyət olub-olmadığını dəqiqləşdirmək üçün referi VAR-dan istifadə etmək qərarına gəlib. 
 
Lakin "Boavişta" azarkeşlərinin açdığı böyük bayraq görüşün yan xətt hakiminə videoya baxmağa mane olub. Bundan sonra matçın baş hakimi qolu hesaba alıb. 
 
Qeyd edək ki, VAR Portuqaliya çempionatında bu mövsümdən istifadə edilir. 


Digər xəbərlər

Xəbər xətti