"Barselona"da mərkəz müdafiəçisi problemi

22:51 9 Fevral 2018

İspaniya La Liqasının 23-cü turunda "Xetafe" ilə qarşılaşacaq "Barselona" müdafiəçi problemi ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, mərkəz müdafiəçiləri Jerar Pike və Tomaz Vermalen zədə səbəbindən bu görüşü buraxacaq. Samuel Umtiti isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək. 

 

Beləliklə, baş məşqçi Ernesto Valverdenin ixtiyarında yalnız bir mərkəz müdafiəçisi - Yerri Mina qalır.


Qeyd edək ki, "Barselona" - "Xetafe" oyunu fevralın 11-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti