Moldova millisinin üzvü rəsmən “Zirə”də

10:15 10 Fevral 2018

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb. 28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Dedov ölkəsinin “Milsami” klubundan transfer edilib.

 

2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti