Araz Abdullayev “Olimpiakos”a qarşı oynaya biləcək?

22:19 10 Fevral 2018

Futbol üzrə Azərbaycan yığmasının və Kiprin “Anortosis” klubunun yarımmüdafiəçisi Araz Abdullayevin zədəsi tam sağalıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, komandanın Kipr çempionatının 24-cü turu çərçivəsində “Olimpiakos”la səfər oyununa hazırlıq prosesində Araz da iştirak edib. O, artıq növbəti oyunda meydana çıxa bilər.

 

Qeyd edək ki, “Anortosis”in “Olimpiakos”la səfər matçı sabah Nikosiyada keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Xəbər xətti