Ayxan Abbasov: "İlk 3 oyun bizim üçün çətin keçəcək"

Sportarena.az      10 Fevral 2018, 20:20

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarens.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

 

“Sumqayıt” ən bəyəndiyim komandalardan biridi. Əvvəldən də oyunun çətin keçəcəyini bilirdik. İtkilərimiz də, yeni oyunçularımız da var idi. Hissələr arasında fərq oldu. Fasilədə sistemdə dəyişiklik etdik. İkinci hissədə istədiyimiz oyunu göstərdik. Nəticə ədalətli oldu. Hər iki komanda 1 xala layiq idi. Birinci hissədə “Sumqayıt”ın qol şansları var idi. İkinci hissə tam fərqli oldu. Bizim qol epizodlarımız çox oldu. Top dayanmırdı. “Sumqayıt”ı analiz etmişdik. Yalnız “Anji” ilə oyunlarına canlı baxmamışdım. Həmin matçın da videoyazısını izləmişdim. Bu oyunun çətin olacağını bilirdik. Əvvəldən də demişdim ki, ilk 3 oyun bizim üçün çətin keçəcək. Heyətdə 4-5 yeni futbolçu var. Onların komandaya uyğunlaşması üçün zamana ehtiyac var”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin