Qurban Qurbanov: "Ona inamım böyükdü"

Sportarena.az      11 Fevral 2018, 00:25

Topaz Premyer Liqasının 15-ci turunda evdə “Qəbələ” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun alındı. Yaxşı futbol izlədik. Hər iki komanda maraqlı oyun sərgilədi. Komandamdan razı qadım. Meydanda çox düşündülər. “Qəbələ”yə isə gələn matçlarda uğurlar arzulayıram. Bu qarşılaşmada sadəcə, qol çatışmadı. Oyunçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq.

 

- Ramil Şeydayev yenə ehtiyatda qaldı. Bu oyunçuda nə çatışmır?
- Futbol elədi ki, ola bilsin, bir oyunçu bütün mövsümdə şans qazansın. Ramil öz üzərində çox çalışan oyunçudu. Bizim futbolçulardan öz tələblərimiz var. Bu gün oyunun gedişatı bunu tələb etdi. Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi oyunçular da var ki, onlara vaxt lazımdı. Təəssüf ki, hələ onda alınmır. Ona inamım böyükdü. Əsas odu, onda istək var.

 

- Bir də, oyundan sonra azarkeşlərlə nə danışdız?
- Azarkeşlərimizi həmişə rəğbətlə qarşılamışam. 20-25 yaşlı uşaqlar "Qurban, Qurban" deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.

 

- Qışda komandaya transfer etmədiz. Bu, çempionluğa oynayan komanda üçün problem olmayacaq ki?
- Heyətimiz elə də kasad deyil. Qara Qarayev, Miçel, Əfran İsmayılov zədəli idi. Onlar tam sağalandan sonra daha yaxşı olacaq. Qarşıda cəmi 14 oyunumuz var. Avroliqa, Çempionlar Liqasında mübarizə apardığımız zaman oyunçuya daha çox ehtiyacımız var idi. Düzdü, 2 transfer etmək istəyirdik. Lakin təəssüf ki, alınmadı.

 

- Bu gün meydanda millinin də üzvləri var idi. Onların oyununu necə dəyərləndirirsiz?
- Hazırlıq müddəti yeni bitib. Bunu nəzərə alsaq, milli üzvlərinin oyununu yaxşı dəyərləndirərdim. Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm.

 

- Bu oyuna millinin baş məşqçisi kimi də baxa bildiz?
- Xeyr.

 

- Köməkçiniz Namiq Yusifovun komandadan göndərilməsinin səbəbi nədi?
- Bundan öncə də məşqçilər işdən çıxarılıb. Kimi tələblərimizə uyğun olmayıb, kimi isə başqa fikirdə olub. Namiq tələblərimizə uyğun olmadı. Bizim iş prinspilərimizdə bəzən bir məşqçi 3 saat yox, lazım olduqda 8 saat da işləməlidi. Buna görə, onunla yollarımızı ayırdıq. Bu, elə işdi ki, bu gün burdayıq, sabah burda olmaya bilərik.

 

- “Qarabağ”ın aşağı yaş qruplarında çalışa bilər?
- Bildiyim qədər onun C kateqoriyası var. İşləmək üçün təhsil almaq lazımdı. Futbolçu olan hər bir insan məşqçi işləyə bilməz. Ola bilsin, gələcəkdə təhsil alar, oxuyar ondan sonra bu barədə danışa bilərik.

 

- Yaroslav Deda Antalyaya əsas komanda ilə yollanmışdı. Onun əsas komandaya keçməsi ehtimalı var? 
- Gələcəkdə özünü yaxşı göstərsə, komandaya götürülə bilər. Ümumiyyətlə hər bir gənc futbolçu nəzarətimizdədi.

 

- Nicat Süleymanov necə, əsas komandada möhkəmlənə bilər?
- Onun əzmkarlığı, çox çalışması xoşuma gəlir. Öz üzərində çalışsa, gələcəkdə əsas komandada çıxış edə bilər. Yaxşı mübarizə aparır, çalışır. Təkcə o yox, 4-5 gənc futbolçu var ki, onların inkişafına da vaxt ayırırıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin