Pedro Enrike: "Yaxşı oynamaqla heç nə həll olunmur"

10:44 11 Fevral 2018

“Qarabağ”ın futbolçusu Pedro Enrike Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Oyunla bağlı nə deyə bilərsiz?
- Böyük oyun idi. Derbidə üz-üzə gəldik. Komanda olaraq yaxşı çıxış etdik. Düşünürəm ki, bu nəticədən daha çoxuna layiq idik. Yaxşı oynamaqla heç nə həll olunmur. Əsas topu rəqib qapıdan keçirtməkdi. Bu isə alınmadı. Komanda olaraq yaxşı oyun sərgilədik.

 

- Hücum xəttində Dino Ndlovunun yoxluğunu hiss etdinizmi?
- Dino yaxşı futbolçudu. Mahir də gəncdi. İnkişaf edir. Elə oyunlar olub ki, matçın taleyini həll edib. Bəzən elə matçlar olurdu ki, Dino da qol epizodlarından istifadə edə bilmirdi. Hər ikisi yaxşı futbolçudu. Hücumameyilli oyunçularımızdan razıyam.

 

- Stankoviçlə mübarizədə nə baş verdi. Birinci hissədə qol vurduğun epizodla bağlı nə deyə bilərsən?
- Bu, oyunda baş verən hadisələrdi. Oyunda da qalır. Mən düşünürdüm ki, penalti var, o isə inkar edirdi. Sadəcə, mübahisə oldu. Qol epizoduna gəldikdə isə düşünürəm ki, onu itələdim. Qayda pozuntusu var idi.


Digər xəbərlər

Xəbər xətti