"İnter Arena"da bərabərlik, "Neftçi" qalib gəldi - YENİLƏNİB

19:19 11 Fevral 2018

Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları davan edir.

 

Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək 2 oyunla tura yekun vurulacaq. Günün ilk oyununda "Keşlə" "Səbail"i qəbul edəcək. Bu matç həm də, "Keşlə"nin yeni baş məşqçisi Yuri Maksimovun paytaxt təmsilçisinin "sükanı arxasında" çempionatda ilk sınağı olacaq. Turun son oyununda isə "Neftçi" "Kəpəz"i qəbul edəcək.

 

İlk oyununda "Zirə" "Sumqayıt"la (1:1), "Qarabağ" "Qəbələ" ilə (0:0) heç-heçə edib.

 

Azərbaycan Premyer Liqası, 15-ci tur

11 fevral

15:00 Keşlə - Səbail 1:1

Qol: Pərdis Fərcad-Azad, 55 - Fəhmin Muradbəyli, 34

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “İnter Arena”

 

17:30 Neftçi - Kəpəz 1:0

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. 8-ci km stadionu

 

10 fevral 

Zirə - Sumqayıt 1:1

Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 35.

 

Qarabağ - Qəbələ 0:0


Digər xəbərlər

Xəbər xətti