Ronaldo üçün əlamətdar tur

16:19 11 Fevral 2018

"Real"ın İspaniya La Liqasının 23-cü turunda "Real Sosyedad"ı 5:2 hesabı ilə məğlub etdiyi oyun Kriştiano Ronaldo üçün bir sıra məqamlarla əlamətdar olub.

Sportarena.az xəbər verir ki, sözügedən qarşılaşmada 3 qol vuran portuqaliyalı ulduz "kral klubu"nda ümumilikdə 43-cü het-trikini rəsmiləşdirib. Bundan başqa, 33 yaşlı futbolçu klub karyerasında 551-ci qolunu vurub. 5 dəfə "Sportinq"də, 118-dəfə "Mançester Yunayted"də fərqlənən Ronaldo "Real"da isə 428 dəfə bu sevinci yaşayıb.

Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real"da çıxış edir.


Xəbər xətti