"Keşlə"də yeni kapitan

15:53 11 Fevral 2018

Topaz Premyer Liqasının 15-ci turunda "Keşlə" "Səbail"i qəbul edir.

 

Sportarena.az xəbər verir ki, bu matçda qəsəbə klubunun kapitanı Kamran Ağayev olacaq. Belə ki, qış transfer pəncərəsində Boleslav "Mlada"sından "Keşlə"yə üz tutan "çərçivə qoruyucusu" komandanın yeni kapitanıdır.

 

Mövsümün əvvəlində "Keşlə"də kapitanlıq sarğısını futboldan ömürlük uzaqlaşdırılmış Nizami Hacıyev daşıyırdı.


Xəbər xətti